Zelenski Avropa parlamentində belə qarşılandı - Video

zelenski-avropa-parlamentinde-bele-qarsilandi
Oxunma sayı: 3180

Brüsseldə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Avropa parlamentində çıxış edib.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski parlamentdə alqışlarla qarşılanıb.

O, çıxışı zamanı Ukraynaya və ukraynalı qaçqınlara göstərilən dəstəyə və köməyə görə təşəkkür edib. 

“Avropa! Biz müasir dünyanın ən böyük anti-Avropa qüvvəsinə qarşı müdafiə olunuruq. Biz ukraynalılar döyüş meydanında sizinlə birgə qorunuruq”, - deyə Zelenski qeyd edib. 

Ukrayna lideri öz çıxışını “Yaşasın hazırda döyüşdə olan bütün ukraynalılar. Yaşasın Ukrayna!” sözləri ilə bitirib.

Həmçinin oxuyun: Стало известно время проведения фестиваля "Харыбюльбюль"