Zəlzələdən zərərçəkmiş vətəndaşlarımız ölkəmizə təxliyə olunublar

zelzeleden-zerercekmis-vetendaslarimiz-olkemize-texliye-olunublar
Oxunma sayı: 2311

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərərçəkmiş Azərbaycan vətəndaşları Gürcüstandan keçməklə ölkəmizə təxliyə olunublar.

“Qafqazinfo”  xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Türkiyədən təxliyə olunan vətəndaşlarımızı Türkiyə-Gürcüstan “Sarp” sərhəd-keçid məntəqəsində qarşılayıblar.