Ermənistan İstintaq Komitəsi Zəngəzur bölgəsindən olan 19 müxalifətçiyə cinayət işi açıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, müxalifətçilər baş nazir Nikol Paşinyanın Zəngəzura səfəri zamanı ictimai qaydanı pozaraq kütləvi tədbirlər təşkil etməkdə və dələduzluqda ittiham olunurlar.
Saxlanılanlardan 9-na qarşı cinayət məcəlləsinin “xuliqanlıq”, 10-na isə “ictimai asayişi pozan kütləvi tədbirlərin təşkil edilməsi” maddələri üzrə ittiham qaldırılıb. İstintaq onlardan 8-nin həbsini tələb edir.
Qeyd edək ki, cinayət işi açılanlardan biri Mehri rayonunun icma rəhbəri Mxitar Zakaryandır.