Zeynep Bastık əməliyyat olunacaq

zeynep-bastik-emeliyyat-olunacaq
Oxunma sayı: 3087

Türk müğənni Zeynep Bastık bu dəfə səhhətindəki problemlə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi bu haqda instaqram hesabında paylaşım edib.

Nəfəs almaqda çətinlik çəkdiyini deyən Bastık əməliyyat olunacağını açıqlayıb:

“Qulaq-burun-boğaz müayinəsinə getdim. Məlum oldu ki, əməliyyata ehtiyacım var imiş. Burun əməliyyatı etdirəcəm amma formasında dəyişiklik olmayacaq. Deyirlər ki, proses az vaxt aparacaq. Yata bilmirəm, nəfəs ala bilmirəm. Nəfəs ala bilməmək dəhşətli bir şeydir”.