“Zirə” “Sumqayıt”dan ayrılan futbolçunu heyətinə qatdı

zire-sumqayitdan-ayrilan-futbolcunu-heyetine-qatdi
Oxunma sayı: 830

“Zirə” klubu yeni transferini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qartallar” “Sumqayıt”dan ayrılan Rövlan Muradovu heyətinə qatıb. Onunla “2+1” illik müqavilə imzalanıb.

27 yaşlı futbolçu karyerası ərzində “Qəbələ” və “Slaviya B” komandalarının da formasını geyinib.