“Zirə”nin Avropa Liqasındakı rəqibi müəyyənləşir

zirenin-avropa-liqasindaki-reqibi-mueyyenlesir
Oxunma sayı: 2905

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.

“Qafqazinfo” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi “Zirə”nin də rəqibi bəlli olacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Səpələnməmişlər səbətində yer alan “Zirə”nin potensial rəqibləri aşağıdakılardır:

“Şerif” (Moldova)

“Maribor” (Sloveniya)

 “Tobol” (Qazaxıstan)

 “Visla” (Polşa)

 “Pafos” (Kipr)

“Pakş” (Macarıstan)

Rəşad Sadıqovun komandası ilk matçını iyulun 11-i, cavab görüşünü isə iyulun 18-də keçirəcək.

Azərbaycanı avrokuboklarda təmsil edəcək digər komandalar – “Qarabağ” (ÇL)  və “Sabah”la (KL) “Sumqayıt” (KL) isə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkü iyunun 19-da atılacaq. Avropa Liqasında da 2-ci mərhələnin püşkatma mərasimi sabah keçiriləcək.