Ziya Məmmədovun qardaşı işdən çıxarılıb

ziya-memmedovun-qardasi-isden-cixarilib
Oxunma sayı: 11356

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədov işdən çıxarılıb. İ.Məmmədov Ucar regional dəmir yolu yanacaq təchizatı idarəsinin rəisi işləyirdi.

"Qafqazinfo" xəbər verir ki, rayondakı mənbələrdən azadliq.info-ya verilən məlumata görə, İ.Məmmədov yanvarın 13-də “Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanovun əmri ilə tutduğu vəzifədən azad edilib.