Azərbaycan Premyer Liqasında 14-cü turun açılış matçı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, 1:1 bərabərliklə bitən qarşılaşmada “Qarabağ” “Zirə” ilə üz-üzə gəlib.
Görüş zamanı meydanda gərgin anlar yaşanıb. Belə ki, “Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubir epizodlardan birində rəqib komandanın müdafiəçisi Hacıağa Hacılını itələdiyi üçün baş hakim ona sarı vərəqə göstərib.
Daha sonra isə futbolçular arasında yenidən mübahisə yaranıb. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da həmin epizodda Zubir üçün qırmızı vərəqə tələb edib.
***
Oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sözügedən məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırıb:
“Məni sakit görürsünüz, ancaq mən də bəzən emosiyalarımı saxlaya bilmirəm. Bir futbolçuya qarşı birəbir daha sərt oynayırlarsa, onu izləyirlərsə, ondan da hansısa emosional hərəkət olacaq. Zubir də rəqibin üzünə əl atmadı, sadəcə onu itələdi. Oyunçulara tapşırıq olmuşdu ki, əsəblərini qoruyub saxlasınlar. Zubir də futbolçudur, emosiyalarını haradasa büruzə verə bilər”.
Həmin görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər