İş adamı İlham Rəhimov son günlər mediada Rəbiyyət Aslanova ilə evliliyinin yenidən gündəmə gəlməsinə aydınlıq gətirib.
“Qafqazinfo” xəbər verir ki, o, “Yeni Müsavat”a açıqlamasında keçmiş həyat yoldaşı Rəbiyyət Aslanova ilə münasibətlərindən bəhs edib:
“Hazırda xaricdəyəm. Bir də mən müəllifi bəlli olan yazılara cavab verirəm, anonimlərə yox. İnsanları qaralamaq, yeri gəldi-gəlmədi böhtan və yalanla rəngləmək tarixən mövcud olub. Bu yazılar da o qəbildəndir. Məsələn, Milli Məclisin deputatı, professor Rəbiyyət xanım Aslanova haqqında deyilən fikirlər. Rəbiyyət xanım cəmiyyətimizdə kifayət qədər tanınmış, ziyalı bir xanımdır. Uzun illərdir tanıyıram, ona və övladlarına həmişə böyük hörmətim olub, indi də var... Belə xırda-xuruş, primitiv proseslərdən iyrənmək lazım deyil, onları səbirlə aradan qaldırmaq lazımdır. Həyat davam edir, biz hamımız bir-birimizi tanıyırıq. Bəzilərinin subyektiv fikirlərinin anonim olaraq ifadə etməsindən asılı olmayaraq onların ünvanı təxminən bilinir. İnsan ömrü bir karvan yoludur, o karvan hərəkətdədir. O ki, qaldı dediyiniz yazılar, anidir, onlar karvanın gedişinə mane ola bilməz”.