Leyla Yunus müayinədən imtina etdi– - Rəsmi

leyla-yunus-muayineden-imtina-etdi-
Oxunma sayı: 1025


“Qafqazinfo” Pentensiar Xidmətə istinadən xəbər verir ki, yanvarın 26-da Respublika Diaqnostika Mərkəzində Leyla Yunusovanın növbəti müayinəsi həyata keçirilıb, laborator analizlər üçün qan nümunələri götürülüb. Leyla Yunusovaya ginekoloji və onkoloji müayinədən keçmək dəfələrlə təklif edilib, lakin o, həmin müayinələrdən imtina edib.

Müayinə aparan beynəlxalq həkim qrupunun tərkibinə əvvəlki müayinədə iştirak edən mütəxəssislərlə yanaşı, həmçinin Macarıstanın Budapeşt şəhərindəki “Metropolitan” Onkoginekoloji Mərkəzinin rəhbəri professor Laszlo Unqar və tanınmış ginekoloq professor Aleksandr Borsukov daxil edilib.

Müayinənin nəticəsi olaraq, beynəlxalq həkim qrupu tərəfindən protokol tərtib edilib, nəticələr sənədləşdirilib və müayinə prosesinin foto və video çəkilişi aparılıb.

Qeyd edək ki, L.Yunus ötən ilin dekabrın 29-da da tam müayinədən keçib.

Murad Əhməd