“Azərsu” işçi axtarır

azersu-isci-axtarir
Oxunma sayı: 2818


”Qafqazinfo” ya daxil olan məlumata görə, “Birləşmiş Sukanal” MMC -yə nasos qurğularının maşinisti, kimyəvi təhlil laborantı, su kəməri-kanalizasiya şəbəkəsinin baxıcısı, təmirçi çilingər, texnoloji boru kəmərlərinin quraşdırıcısı peşələri üzrə işçilər tələb olunur. Namizədlər şeçilərkən Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Salyan rayonlarından olan vətəndaşlara üstünlük veriləcək. 

“Oğuz-Qəbələ-Bakı” Su kəməri idarəsi üçün  hidrogeoloq, metrologiya üzrə mühəndis, nasos qurğularının maşinisti, kimyəvi təhlil laborantı, su kəməri-kanalizasiya şəbəkəsinin baxıcısı, təmirçi çilingər, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifələrinə işçi qəbulu elan edilir. Müsabiqədə Ağsu, Kürdəmir, Zərdab və  Ucar  rayonlarından  olan namizədlərin iştirakı  məqsədəuyğun hesab edilir. 

“Kür su kəmərləri” İdarəsinə usta, subağlayıcı qurğuların operatoru, su kəməri-kanalizasiya şəbəkəsinin baxıcısı, təmirçi çilingər, elektrik qaz qaynaqçısı peşələri üzrə işçilər tələb olunur.  Namizədlər seçilərkən Hacıqabul, Şirvan, Salyan, Biləsuvar rayonlarından olan vətəndaşlara üstünlük veriləcək.

Maraqlananlar şəxsi məlumatlarını (CV və fotoşəkil)   [email protected]   e-mail ünvanına göndərməli və müraciət formasında iddia edilən müvafiq peşənin adını göstərilməlidir.    İşə qəbul müsabiqə əsasında həyata keçiriləcək.