“Qafqazinfo” xəbər verir ki, qəzaya səbəb marşrut avtobusu olub.
214 nömrəli avtobusda bir neçə sərnişin xəsarət alıb.
Polis hadisə yerində araşdırma aparır.
***
APA-nın məlumatına görə, 214 saylı xətt marşrutu ilə işləyən "Daewoo" markalı sərnişin avtobusu ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər ağır xəsarətlər alıb.
Avtobusda sıxılmış vəziyyətdə qalmış bir neçə sərnişin avtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis, FHN və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Son xəbərlər
Son Xəbərlər