“Qafqazinfo” uzun müddət Moskvada fəaliyyət göstərən və hazırda Azərbaycanda olan ekstrasens Aqil Məhərrəmovun müsahibəsini təqdim edir:
- Bu gün çoxları özünü ekstrasens hesab edir. Sizi digər həmkarlarınızdan hansı cəhətləriniz fərqləndirir ?
- Əgər söhbət özünü falçı yox sırf ekstrasens adlandırılanlardan gedirsə, onlarla güc baxımından əsas fərqimiz var. Və mən həqiqətləri görüb deyirəm. Bir var ki, ekstrasens ona müraciət edənlərlə sadəcə psixoloq kimi danışır, onları sakitləşdirir. Bir də var ki, ekstrasens yalnız və yalnız həqiqətləri insanın üzünə söyləyir. Mənə müraciət edən insanlara mən yalnız doğruları deyirəm, nağıl danışmıram. Kimki yalan, uydurma, təskinlik eşitmək istəmir məhz mənə müraciət edir.
- Ən çox yanınıza gələnlər sizdən nə istəyirlər ?
- Ən çox yanıma gələnlər həyatlarını yaxşılaşdırmaq istəyirlər. Bir çox insanların işlərində, ruzisində problemləri var. İkinci planda isə şəxsi həyatdı. Ancaq bəzən elə işlərlə də müraciət edənlər olur, özümə qəribə gəlir.
- Məsələn, hansı işlər sizi təəccübləndirir ki ?
- Təəccüblənmək deməzdim amma şok keçirtdiyim işlər olub. Məsələn, bu yaxında bir müştəri müraciət mənə etdi. Qardaşının içində lənətlənmiş ruh (suşnist) görəndə şok keçirdim. Bu cin deyil, şeytan deyil... Sadəcə öz gücümə güvənib, işi qəbul etdim. Təsəvvür edin həmin oğlanı nə axud, nə molla sakitləşdirə bilmir. Altı şəxs bir oğlanı tutur. Azərbaycanda bir insanın bədənində suşnist olması məni çaşdırdı.
- Bəs, həmin insana kömək etmək gücünü özünüzdə hiss edirsiniz?
- Hə, yetərincə gücümə arxayınam.
- Məlumatımıza görə, siz Moskvada da fəaliyyət göstərirsiniz. Bəs Azərbaycana gələndən sonra ordakı müştərilərinizlə əlaqəniz kəsildimi ya necə?
- Xeyr, vəziyyət olduğu kimi qalır. Sadəcə əvvəllər sırf Moskvada fəaliyyət göstərirdimsə, indi Bakı-Moskva yollarında qalmışam. (gülür-red) . Yeri düşmüşkən onu da deyim ki, məsələn, birinci gün Moskvadan müştərim gəlir Bakıya, qəbuluma, ikinci gün qəbulumda olacaq və elə həmin gün axşamı da qayıdacaq geri. Ya ay ərzində mən özüm də imkan edib, gedirəm ora. Qısacası hər iki şəhərdə fəaliyyətim davam edir. Ancaq düzünü desəm maddiyyat, insanların imkanı Moskvada daha yaxşıdır.
- Moskvada işləriniz yaxşı idisə, niyə Azərbaycana gəldiniz?
- Necə deyərlər gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı. Həm də ki, ailədaxilində vəziyyət dəyişdi, rəhmətə gedənimiz oldu, ailəmi burada tək qoya bilməzdim. Və sonuncu səbəb efirlərə baxırdım, bizim əksər “ekstrasens”lərin müsahibələrini oxuyurdum düzü gülməyim gəlirdi. Bəlkə də müəyyən mənada gücləri var, amma fikirlərini insanlara heç cür çatdıra bilmirdilər.
- Yaxşı gücünü qəbul etdiyiniz azərbaycanlı bir ekstrasensin adını çəkin, mümkünsə.
- Ad çəkməkdə çətinlik çəkirəm. Yadımda qalan elə biri yoxdu.
- “Ekstrasensura” Azərbaycanda öz təsdiqini tapmayan elm kimi mövcuddur. Ola bilərmi ki, məhz bu səbəbə görə Azərbaycanda ekstrasenslərə inam azdır?
- Yox. Keçmişdə də məsələn, ekstrasenlərə heç kim həmin dəqiqə inanmayıb. Dedikləri doğru çıxandan sonra müəyyən zaman keçəndən və inam olandan sonra onları da qəbul ediblər. Zaman keçəcək, bəzi ekstrasenləri də insanlarımız qəbul edəcəklər, inanacaqlar. Çünki dünya, ekstrasensləri qəbul edir. Məsələn, V. Messinq, Nastradamus, Vanqa, Cumanı demək olar əksəri tanıyır. Cuma hal-hazırda canlı əfsanədir. Onun bacardıqlarını, etdiklərini danmaq sadəcə gülüncdür.
- Düz sözmüdür ki, müalicə olunan, cadusu təmizlənən insanın neqativi ekstrasensin özünə qayıda bilər. Bəzən insanları bu təhlükənin olması ilə aldadıb, sizin bəzi həmkarlarınız daha çox pul tələb edirlər. Siz bu barədə nə deyə bilərsiniz?
- Əgər ekstrasens mütəxəssisdirsə, profisionaldırsa heç vaxt elə şey ola bilməz. Olsa da müvəqəti bir neçə saatlıq ola bilər. Sonra isə ekstrasens özünü təmizləyib, həmin mənfini harasa ata bilər.
- Cadusunu təmizlədiyiniz insanlarda əksər vaxtlar həmin cadunu onu edənə qaytarırsınız?
- Əksər vaxtlar cadunu həmin kəsə, yəni, kim edibsə ona qaytarıram. Amma bəzən müştərinin xahişi ilə ona olunan cadunun kim tərəfindən olunduğunu açıqlayıram, o istəmirsə, eneji dairəsi deyilən bir şey var, orada həmin cadunu yandırırıq. Qaytarmaq amma daha rahat olur.
- Yaxşı bəs siz hansı magiya növü ilə məşğul olursunuz? Ağ ya qara?
- Magiya bir dənədir. Ağ, qara, qırmızı... Sanki avtomobillərdən danışırıq. Magiya bir cürdür, güc səndədirsə sən onu yaxşılığa və ya pisliyə tərəf yönləndirə bilərsən. Magiya sözünün anlamı da gözə görünməyən bir qüvvədir. Sevginin özü bir magiyadır. Gözə görünmür amma var.
- Kömək etdiyiniz insanlardan ən çox sizə hansı formada təşəkkür ediblər?
- Adətən hədiyyə şəklində olur. Ancaq zəng edib dua edən, təşəkkür edən, pul gətirən də olub. Ancaq bir il bundan qabaq çox – çox bahalı bir üzük hədiyyə ediblər. Həmin üzük indi məndə deyil.
- Kimdədir ? Yəqin sevgilinizə hədiyyə etmisiniz?
- Bu haqqda danışmayaq. (gülür-red)
- Yaxşı nə deyək sağlıqla işlətsin anladım . Keçək növbəti suala Aqil bəy, bəs o xanıma siz nə köməklik etmişdiniz ki, o üzüyüsizə hədiyyə etmişdi?
- 15 ildir qumar oynayan övladını o yoldan çəkindirə bildim. Sanki o qadın övladını ikinci dəfə qazandı.
- Ruhi xəstələri ekstrasenlər müalicə edə bilər?
- Ruhi xəstələr üçün dispanserlər, xəstəxanalar var, ekstrasens isə onu müvəqqəti sağalda bilir.
- Həkimlər ümumiyyətlə sizləri qəbul etmir.
- Hardandı sizdə o məlumat? Mənim şəxsən çox sayda həkim müştərilərim olub.
- Müsahibələrinizin birində demişdiniz ki, əvvəllər 80% qadınlar mənə müraciət edirdisə, indi bu rəqəm əlli əlliyədir. Bu dəyişkənliyə sizcə nə səbəb oldu?
- Əvvəllər bizim xanımlar aktiv həyat tərzi keçirmirdilər. İndi isə elə deyil. Biznes quran xanımlarımızın sayı artıb. Bəzən kişilər sadəcə qadınlardan daha güclü olduqlarını, qadınlarını öz itaətində saxlamaq üçün də mənə müraciət edirlər. Hətta bu yaxında Azərbacanda bir kişi müştərim qadınım məni atmasın deyə mənə müraciət etmişdi. Deməli, həmin kişinin həyatyoldaşı ona xəyanəti kişinin öz qohumu ilə edirmiş. Ani həvəsə görə, arvadı onu atıb, o kişi ilə getmək istəyirdi. Mənsə buna mane oldum və elə etdim ki, həmin qohumu özü buradan tək getdi. Həm də ki, şəxsi həyatdan da başqa kişilərin o qədər dərdi olur ki...
- Məsələn...
- İş, karyera, ruzi və s. Həm qadınlar gəlib, yanımda kömək tapırlarsa, niyə kişilər gəlməsin?!
- Özünüzdəki bu qeyri-adilik nədir?
- Enerji. Vergi deməzdim.
- Nə vaxt bildiniz ki, bu enerji sizdə var?
- 13 yaşından vergiliyəm. 2 ay yatıb oyanmamışam. Nəslimizdə seyidlik var. Həqiqi seyidlərdən... 2 il insanlardan heç bir təmanna olmadan köməklik etmişəm. Azərbaycandan başqa Moskvada, Qazaxıstanda, Ukraynada fəaliyyət göstərmişəm. Müxtəlif ekstrasens yarışlarında iştirak etmişəm. Düzdü Azərbaycandakı yarışda iştirakımı elə də uğurlu hesab etmirəm.
- Səbəb nə idi?
- Əvvəl həvəsim var idi. İştirak etmək istəyirdim. Sonra iştirakımdan vaz keçdim. Çünki əgər sən əsl ekstrasenssənsə bilirsən ki, iştirak etdiyin verlişdə nə baş verir.
- Bu barədə danışmaq istəmirsiniz başa düşdüyüm qədər?
Danışmaq istəmirəm. Hələki susuram. Çünki həmin kollektivdə bəzi şəxslərə hörmətim hələ də var. Amma danışmaq məcburiyyətində qalsam pis danışacam və faktlarla danışacam.
- Şou-biznes nümayəndələri haqqında dediyiniz çox faktlar oldu. Məsələn,”Evrovision”un qalibi kimi Avstraliyanı, Dünya Çempionatında Almaniyanın qələbəsini görmüşdünüz. Aparıcı Elgizə evlilik, Cavid və Səbinəyə ayrılıq, Xanım Qafarovaya ölüm, Hüseyn Dəryanın yoldaşına 3 əməliyyat demişdiniz, doğru çıxdı. Bu kimi proqnozlarınızın doğru çıxması sizə olan inamı nə dərəcədə artırdı?
- Yanıma gələnlər deyir ki, oxumuşdum filan şeyi dediniz oldu. Belə deyək 90 % dediklərim olub. Yerdə qalan 10 % reallaşmayıb, hələ ki... Amma reallaşacaq. Həiqətən bəd xəbərlər verəndə özüm də təəssüflənirəm.
- Bəs aldatdığınız insanlar olubmu?
- Xeyr. Aldatdığım belə olub ki, ölümünü öncədən gördüyüm insana deməmişəm ki, öləcəksən demişəm ehtiyatlı olun, başınıza iş gələ bilər.
- Bəs yanınıza sınaq üçün gəlib, sizdən məmnun gedənlər olubmu?
- Yoxlamaq üçün gələnlərin sayı-hesabı yoxdu. (gülür-red) Təbii ki, küçədə, həyətdə nə bilim başqa məkanda söyləsələr nəyisə səhv edə, görmüyə bilərəm. Ancaq mənim energetikam olan yer-evimdə səhv edə bilmərəm. Qapıma narazı gələn olub, ancaq narazı çıxan olmayıb.
- Sizlə təmas qurmaq üçün qəbul forması necə olmalıdır?
- Həm insanlar və həm də mənim üçün insanların şəxsi qəbula gəlməsi daha yaxşıdır. Menecerim vasitəsilə əlaqə saxlayıb, ürəyi istəyənlər, köməyə ehtiyacı olanlar gələ bilərlər. Əlaqə nömrəsi 055 223 66 13-dür. Ancaq həftənin 1-ci gündən savayı, bütün günləri işləyirəm.
Ekstrasens Aqil Məhərrəmov : 055 223 66 13