Məhkumlar üçün bayram tortu - - Fotolar

mehkumlar-ucun-bayram-tortu-
Oxunma sayı: 6742


“Qafqazinfo” xəbər verir ki, Qurban bayramı münasibəti ilə Ədliyyə Nazirliyi və Penitensiar xidmət rəhbərliyinin təbrikləri xüsusi kontingentə çatdırılıb, incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edilib. Konsert proqramında min nəfərlik tort kəsilib. Tanınmış müğənnilər Elton Hüseynəliyevin, Aysel Əlizadənin, Sevinc və Sevil Səfərova bacılarının, Gülay Zeynallının, Günay İbrahimlinin çıxışları məhkumlar tərəfindən maraqla qarşılanıb.

Bayram münasibəti ilə qurbanlar kəsilib, məhkumlar üçün bayram süfrəsi açılıb.

Tədbirdə Penitensiar xidmətin rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən ədliyyə polkovniki Rafiq Ramazanov və Baş idarənin məsul əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, konsert proqramının təşkilatçılığını biznes-ledi Ruhi Əliyeva və prodüser Tolik həyata keçirib.