3 nömrəli avtobusun hərəkət istiqaməti dəyişildi

3-nomreli-avtobusun-hereket-istiqameti-deyisildi
Oxunma sayı: 6252

“7-ci mikrorayon ərazisində yaşayan sərnişinlərdən Bakı Nəqliyyat Agentlyinə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq 3 saylı marşrut xəttimizin istiqamətində dəyişiklik etdik”.

“Qafqazinfo” xəbər verir ki, “Baku Bus”ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Feysbukda yazıb.

““BakuBus”a məxsus 3 saylı marşrut xəttinin son dayanacağı Azadlıq prospekti metro stansiyasının önü yox, Atatürk prospektindən sonra Şövkət Məmmədova və Abay Kunanbayev küçələri ilə keçməklə Dərnəgül metro stansiyasının önü olacaq. Qeyd edək ki, 3 saylı marşrut xətti hərəkət trayektoriyasının dəyişdirilməsi səbəbilə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrindən keçməyəcək. Dəyişiklik martın 25-dən icra olunacaq”, -deyə N. Allahyarova vurğulayıb.