1100 miqrant xilas edilib

1100-miqrant-xilas-edilib
Oxunma sayı: 813

Aralıq dənizində 1100-ə yaxın miqrant xilas edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliya Sahil Mühafizə xidməti məlumat yayıb.

Xilas edilən miqrantlar 10 qayıqla Aralıq dənizini keçərək Avropaya girməyə cəhd ediblər.

Əməliyyatlarda İtaliya Sahil Mühafizə xidmətinin, Hərbi Dəniz Qüvvələrinin və Aİ-nin Aralıq dənizi üzrə miqrasiya missiyasının hərbi-dəniz qüvvələrinin gəmiləri iştirak edib.