224 sərnişini xilas edən pilotlar - Milli qəhrəman oldu

224-sernisini-xilas-eden-pilotlar
Oxunma sayı: 3872

Xəbər verdiyimiz kimi, “Ural aviaşirkəti”nə məxsus A321 təyyarəsi quş sürüsü ilə toqquşduqdan sonra qarğıdalı tarlasına məcburi eniş edib. Pilotların təcrübəli davranışı nəticəsində 224 sərnişindən 74-ü yüngül xəsarət alıb. 

“Qafqazinfo”nun məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin pilot və ikinci pilota Rusiyanın Milli qəhrəmanı adını verib.  

Bundan başqa,o, təyyarənin ekipaj üzvlərini “cəsarət nişanı” ilə təltif edib. 

Xatırladaq ki, Jukovskidən Simferopola uçan təyyarənin quşlarla toqquşduqdan sonra hər iki mühərriki sıradan çıxmışdı. Hazırda faktla bağlı cinayət işi açıb. 

Pilotlar isə prosedurlara uyğun olaraq bir müddət uçuşdan kənarlaşdırılıblar.