5 ayda 2 dəfə lotereyada uddu - 3,5 milyonu var

5-ayda-2-defe-lotereyada-uddu
Oxunma sayı: 1889

Kanadada yaşayan afrikalı miqrant Melhiq Melqih 5 ay ərzində ikinci dəfə lotereya oyunlarını udub.

“Qafqazinfo”  xarici mediaya istinadən xəbər verir ki, 28 yaşlı gənc apreldə loto oyunundan 1,5 milyon Kanada dolları qazanmış və ev almışdı. Melhiq bu dəfə isə 2 milyon Kanada dolları udub.

O ümumilikdə 3,5 milyon dolları ilə yanacaqdoldurma stansiyası və ya avtoyuma salonu açacağını, daha sonra isə təhsilinə davam edərək ingilis dilini təkmilləşdirib kino sahəsində çalışacağını deyib.