Dünya şöhrətli amerikalı aktyor Leonardo DiKaprio şəxsi vərdişləri ilə bağlı maraqlı faktlar açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, “Oskar” mükafatlı ulduz bu barədə “Variety” jurnalına müsahibəsində danışıb.
Belə ki, jurnalistin “Cek Douson roluna yenidən baxmısınızmı?” sualına aktyor belə cavab verib:
“Mən, ümumiyyətlə, öz filmlərimə təkrar baxmıram”.
DiKaprio həmçinin karyerasının zirvəsi hesab olunan “Titanik” filmini də illərdir izləmədiyini deyib.
Qeyd edək ki, dekabr ayında “Time” jurnalı 51 yaşlı DiKaprionu “İlin Əyləncə Adamı” seçib. Jurnal bunu aktyorun 30 illik karyerasına baxmayaraq, populyarlığının hər keçən gün daha da artması ilə əsaslandırıb.
Son xəbərlər
Son Xəbərlər