ABŞ-dan sonra daha bir ölkə YUNESKO-dan çıxır

abs-dan-sonra-daha-bir-olke-yunesko-dan-cixir
Oxunma sayı: 2807

Xəbər verdiyimiz kimi, ABŞ bu il dekabrın 31-də YUNESKO-dan çıxacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu açıqlamadan sonra İsrailin baş naziri Benyamin Netanyahu da qurumdan ayrılmaq üçün hazırlıqların başlanması barədə göstəriş verib.

Qeyd edək ki, ABŞ YUNESKO-dan ayrılmasına səbəb kimi təşkilatda İsrailə qarşı mövqe sərgilənməsini göstərib. Belə ki, ötən ilin noyabrında Fələstinin quruma üzv qəbul edilməsindən sonra ABŞ təşkilata edəcəyi 60 milyon dollarlıq yardımı təxirə salmışdı.