Azərbaycan hökuməti iki neft yatağı ilə bağlı sazişə təminat verib

azerbaycan-hokumeti-iki-neft-yatagi-ile-bagli-sazise-teminat-verib
Oxunma sayı: 1315

Azərbaycan hökuməti iki neft yatağı ilə bağlı sazişə təminat verib, öhdəliklərini təsdiqləyib. 
 
“Qafqazinfo”nun məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərarlar qəbul edib. 
 
Qərarlara əsasən  “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil Azərbaycan Əşrəfi-Dan ulduzu Aypara BV və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Saziş”ə və “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil Azərbaycan Qarabağ BV və SOCAR QARABAĞ LLSİ arasında Risk Xidmət Sazişi”nə Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri təsdiqlənib.