Azərbaycan məmurları gəmi alıb – - Türkiyədə

azerbaycan-memurlari-gemi-alib-
Oxunma sayı: 2477


“Qafqazinfo” Azadlıq qəzetinə istinadən xəbər verir ki, alıcılar arasında ən çox Türkiyə, Iran, Rusiya, Iordaniya və Azərbaycan vətəndaşları olub. 3 gəmi isə suriyalı işadamlarına satılıb.

Qəzet yazır ki, Azərbaycan reallığında dəbdəbəli villalarda yaşamaq, bahalı maşınlar, yaxtalar almaq yalnız məmurlara xas olan cəhətdir: “Azərbaycanda hətta şəxsi təyyarələri olan məmurlar da var. Ona görə də istisna deyil ki, Istanbulda satılan yaxtaların azərbaycanlı müştəriləri də məmurlar olub və güman ki,  yaxtalar onların yaxınlarının adına qeydiyyata alınıb ki, məsələnin üstü açılmasın. Redaksiyamıza məsələ ilə bağlı daxil olan məlumatlar da belə deməyə əsas verir. Bəzi dəqiqləşdirmələr apardığımızdan əldə etdiyimiz məlumatları təqdim etmirik”.