Azərbaycana avtomobil ixracı iki dəfə artıb

azerbaycana-avtomobil-ixraci-iki-defe-artib
Oxunma sayı: 1138

Dövlət Gömrük Komitəsi bu ilin yanvar-noyabr aylarında xarici ticarətin gömrük statistikasını hazırlayıb. 

“Qafqazinfo” xəbər verir ki, ümumilikdə xarici ticarət dövriyyəsi bu il 20 291.68 manat təşkil edib. Bu dövr ərzində büdcə daxilolmaları 2 383 400.01 manat olub. 

Azərbaycana bu dövr müddətində 9828 ədəd avtomobil idxal olunub. Bunun 8 577-i minik avtomobilləridir. 

Ötən ilin noyabr ayının göstəricilərinə əsasən bu rəqəm 4 820 ədəd təşkil edib. 

Bundan əlavə, gömrük orqanlarında 406 qaçaqmalçılıq faktı qeydə alınıb.