Azərbaycanda məktəbdə yanğın oldu

azerbaycanda-mektebde-yangin-oldu
Oxunma sayı: 646

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, Şəmkir şəhərində Təhsil Nazirliyinə məxsus orta məktəbin ümumi sahəsi 700 kv. m olan (1 mərtəbəli 4 korpusdan ibarət) bir korpusunun dam örtüyü 3 kv. m sahədə 1 sinif otağının yanar konstruksiyaları və əşyalar 20 kv. m sahədə yanıb.
Korpusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.