“8 min pul vermişəm, oynamaqlarına bax”

8-min-pul-vermisem-oynamaqlarina-bax
Oxunma sayı: 1277

Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri də işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub. Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur və bir çox rəngarəng obrazlar yaradıb. Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.
“Qafqazinfo.az” kollektivi də sevimli sənətkarımızı doğum günü münasibətilə təbrik edir, ona can sağlığı arzulayır.

Nigar Məmmədli