Hərbi xidmətə çağırış ləğv olunur

herbi-xidmete-cagiris-legv-olunur
Oxunma sayı: 657

“Maestro” telekanalının efirində danışan Alasaniya bildirib ki, əsas məqsəd Gürcüstanda tam peşəkar ordu yaratmaqdır. Bununla yanaşı o qeyd edib ki, hələlik ölkədə hərbi xidmətə çağırış sistemi qarışıq olacaq. Yəni, bir müddət həqiqi hərbi xidmətə çağırış mexanizmi qüvvədə qalacaq.

“Biz mərhələli şəkildə hərbi qulluq müddətini azaltmaq istəyirik. İlkin mərhələdə əsgərlik 18 aydan 12 ayadək azaldılacaq. Bundan sonra isə hərbi xidmətə məcburi çağırış ləğv ediləcək”, - deyə o vurğulayıb.