Ictimai Palata mitinq təyin etdi

ictimai-palata-mitinq-teyin-etdi
Oxunma sayı: 708

Sessiyada 2 aprel dustaqlarının məsələsi, ictimai-siyasi durum müzakirə olunub, quruma yeni üzvlər qəbul edilib. Bunlar İctimai Palatanın 2 aprel aksiyasında saxlanılan və barələrində cinayət işi açılaraq həbs edilən gənclər olub.

"Yeni Müsavat" qəzetinin toplantıda iştirak edən reportyoru Etibar Seyidağanın verdiyi məlumata görə, yığıncağa KXCP üzvü Ədalət Yusibov sədrlik edib.

İP-in sessiyasında dövlət müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümü ilə bağlı xalqa bayram təbriki ünvanlanıb. Bundan başqa, qərara alınıb ki, oktyabrın 18-də istiqlal bayramı ilə əlaqədar olaraq mitinq-yürüş keçirilsin. Koordinasiya Şurasına tapşırılıb ki, bayram mitinqinə hazırlıqla bağlı işləri görsün, Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciət göndərsin.