Jurnalist məhkəməyə buraxılmadı

jurnalist-mehkemeye-buraxilmadi
Oxunma sayı: 732

Bu barədə “Qafqazinfo”ya jurnalist özü məlumat verib. Artıq bir neçə vaxtdır ki, bu ilin mart ayının 1-də Qubada baş vermiş hadisələrin məhkəmə prosesləri start götürüb.Bu proseslər barədə mütəmadi olaraq zaldan reportajlar hazırlayan jurnalist Cəmil Məmmədli bu gün saat 11-də başlayan prosesdən kənarlaşdırılıb. Hakim Zamin Tahirov məhkəmə prosesinin KİV-də işıqlandırılmasının və həmçinin prosesə fərqli yanaşmaların olduğunu bildirərək onu zaldan çıxarıb.

Onu da qeyd edək ki, artıq iki gündür prosesləri yaxından izləyən Cəmil Məmmədli məhkəmədə iştirak edən yeganə jurnalist idi. Həmçinin prosesdən kənarlaşdırılanların arasında yerli hüquq müdafiəçisi Aftandil Məmmədli də olub.