Şahbaz Xuduoğlu - Əli Əkbər qarşıdurması siyasiləşdi - Mətn

<b>Şahbaz Xuduoğlu - Əli Əkbər qarşıdurması siyasiləşdi -<font color=red> Mətn</b></font>
Oxunma sayı: 899

Bir qrup siyasətçi, ziyalı, tanınmış jurnalist Qanun Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu ilə yazıçı Əli Əkbərin arasında baş verən qarşıdurma ilə bağlı birgə bəyanatla çıxış ediblər. “Qafqazinfo” həmin bəyanatı təqdim edir: “Son günlərdə media, nəşriyyat və ədəbiyyat dünyasından tanınmış simalar arasında yaşanan gərginlik və qalmaqalları, tanınmış şəxslərin bir-birlərinə qarşı səsləndirdikləri kəskin ittihamları təəssüflə izləməkdəyik. Hesab edirik ki, qələm sahibləri və ziyalılar arasında ixtilaflar sülh və qarşılıqlı anlaşma şəraitində həllini tapmalı, xoşagəlməz söz-söhbətlər mümkün qədər ictimaiyyətdən uzaq tutulmalı, vətəndaş cəmiyyəti quruculuğuna xələl yetirən və demokratik düşərgənin nüfuzuna zərbə endirən hərəkətlərə yol verilməməlidir.

Lakin, yuxarıda sadalanan neqativ hallardan daha da acınacaqlısı, mübahisə edən tərəflərdən birinin öz opponentini onun iş yeri, ailə üzvləri və çevrəsi ilə şantaj etməsi, arqumentlər tükəndikdə “qurşaqdan aşağı” zərbələr endirməyə cəhd göstərməsidir. Şübhəsiz ki, insanlar arasında zaman-zaman problemlər yarana bilər, lakin iki şəxs arasında baş verən mübahisələr elə iki şəxs arasında da həllini tapmalı, üçüncü tərəf öz iradəsi xaricində mübahisəyə daxil edilməməli, daha doğrusu opponentlər bir-birlərini üçüncü tərəfi (iş yerini, ailə üzvlərini, biznes partnyorları və s.) mübahisəyə çəkməklə şantaj etməməlidirlər. Axı həm də bu tip hərəkətlərə yol verənlərin, MKM-də qalib gəlmiş yazıçı Pərvizin haqlı qələbəsini şübhə altına alan, MKM rəhbərliyini və bir sıra jüri üzvlərini Pərvizin siyasi baxışlarına görə şantaj edənlərdən nə fərqi qalır?

Ümid edirik ki, cəmiyyətdə tanınan, sayılıb-seçilən şəxslər bundan belə öz söz və hərəkətlərinə qarşı daha diqqətli və məsuliyyətli olacaq; şantaj və “reket”ə heç bir vəchlə əl atmayacaqlar”.

1. Zamin Hacı (Yazar-Publisist)
2. Elmir Mirzəyev (Bəstəkar)
3. Firudin Allahverdi (Bəstəkar)
4. Anar Məmmədli (QHT nümayəndəsi)
5. Ərəstun Oruclu (Politoloq)
6. Seymur Baycan (Yazar-Publisist)
7. Ülvi İsmayıl (QHT nümayəndəsi)
8. Mətanət Əzizova (QHT nümayəndəsi)
9. Elnur Astanbəyli (Yazar-Publisist)
10. Əfqan Muxtarlı (Jurnalist)
11. Fuad Qulubəyli (Jurnalist)
12. Teyyub Mirqasımov (QHT nümayəndəsi)
13. Mustafa Hacıbəyli (Jurnalist)
14. Aynur Elgünəş (Jurnalist)
15. İlqar Məmmədov (REAL Hərəkatının həmsədri)
16. Şahvələd Çobanoğlu (Yazar-Publisist)
17. İsa Qəmbər (Müsavat Partiyasının Başqanı)
18. Mehman Cavadoğlu (Müsavat Partiyası başqanının müavini)
19. Erkin Qədirli (REAL Hərəkatının həmsədri)
20. Prof. Rəhman Bədəlov (Filosof)

Qeyd edək ki, bu qarşıdurmanın yaranmasına Əli Əkbərin “Qafqazinfo”ya verdiyi müsahibə səbəb olub. Həmin müsahibəni bu linkdən oxuya bilərsiniz: http://qafqazinfo.az/news.php?id=205


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi