Sarkozi Ərdoğana məktub yazdı - Mətn

sarkozi-erdogana-mektub-yazdi-metn
Oxunma sayı: 646

Məktubda deyilir: “Hörmətli baş nazir. Mənə daha əvvəl göndərdiyiniz məktuba həm cavab kimi, həm də Senatda müzakirə ediləcək və iki ölkə münasibətləri baxımından əhəmiyyət daşıyan qanun layihəsi haqqında sizə yazmaq istədim. Əvvəlcə bildirmək istəyirəm ki, qanun layihəsinin məqsədi Fransa cəmiyyətində uzun müddətdir mövcud olan inkar duyğusunu aradan qaldırmaq və 100 ildir davam edən yaraları sarımaqdır. Bu, dünyada qəbul edilən bütün soyqırımlarla bağlı ümumi xarakterli bir layihədir. Layihənin mətnində heç bir xalq və dövlət hədəfə alınmayıb. Türk xalqının 1-ci Dünya müharibəsi və Osmanlı İmperiyasının çöküşü sırasında yaşadığı acıları da çox yaxşı anlayırıq. Bilirəm ki, tarixdə baş verənləri qəbul etmək, tarixlə üzləşmək asan deyil. Amma Fransa etiraf edilməsi çox çətin olan bir həqiqəti – qul alverindəki məsuliyyətini qəbul etdi, alman işğalı zamanı Fransada yaşayan yəhudilərin toplanaraq konslagerlərə göndərilməsindəki rolunu etiraf etdi. Mən şəxsən 2007-ci ildə Əlcəzairdə Fransa müstəmləkəçiliyinin yol verdiyi vəhşəti və Əlcəzair xalqının acılarını dilə gətirərək pislədim. Türkiyə böyük bir ölkədir və Fransa üçün önəmli müttəfiqdir. İki dost və müttəfiq olaraq bizə yaraşan şəkildə ağıl və düşüncənin hakim olmasını diləyirəm. Bilməyinizi istəyirəm ki, bu qanunla əlaqədar atılacaq ifrat addımlar iki ölkə arasındakı çoxtərəfli əlaqələrə zərər verəcək və bunun məsuliyyəti həmin addımların sahiblərinə aid olacaq”.

Xatırladaq ki, uydurma “erməni soyqırımı” da daxil olmaqla, soyqırımların inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi Fransa parlamentinin aşağı palatasında qəbul edilib. Bu mövzu yanvarın 23-də Senatda müzakirə ediləcək. Senatın Konstitusiya komissiyası qanun layihəsi haqqında mənfi rəy verib. Bu rəy Senatın ümumi iclasında bəyənilərsə, məlum qanun layihəsi müzakirəyə çıxarılmayacaq. Komissiyanın rəyi təsdiqlənməzsə, bu halda qanun layihəsi səsverməyə çıxarılacaq.