Türkiyə vətəndaşını Bakıda maşın vurdu

turkiye-vetendasini-bakida-masin-vurdu-
Oxunma sayı: 653

Anspress xəbər verir ki, Ötən gecə Bakının Nərimanov rayonunda 1981-ci il təvəllüdlü Türkiyə vətəndaşı Kadir Erkolu maşın vurub. Yolu keçmək istəyərkən naməlum avtomaşının zərbəsi ilə üzləşən piyada hadisə şahidlərinin köməkliyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanada Kadir Erkola ağır açıq kəllə-beyin travması, kəllə sümüyünün sınığı diaqnozu qoyulub. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

Xəstəxanadan verilən son məlumata görə, artıq yaralı bundan sonrakı müalicəsinin davam etdirilməsi üçün paytaxtda yerləşən özəl xəstənalardan birinə köçürülüb. Faktla bağlı isə Nərimanov rayon polis idarəsində araşdırmalar aparılır. Türkiyə vətəndaşını vuran sürücünün müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində araşdırmalar davam etdirilir.