Bu ay “Ceyhan”la 2 milyon tondan çox neft daşınıb

bu-ay-ceyhanla-2-milyon-tondan-cox-neft-dasinib
Oxunma sayı: 644


“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, bu həcmin 1 milyon 976 min 809 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac edilən neftin həcmi 19 milyon 34 min 448 ton olub.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istismara verilən gündən cari il sentyabrın 1-dək Ceyhan limanından 252 milyon 178 min 362 ton Azərbaycan nefti dünya bazarlarına nəql edilib.