Bu gün Milli Məclis payız sessiyasının son iclası keçirəcək

bu-gun-milli-meclis-payiz-sessiyasinin-son-iclasi-kecirecek
Oxunma sayı: 636

Bu gün milli məclisin payız sessiyasının son iclası keçiriləcək. Parlamentdən verilən məlumata görə, iclasın gündəliyinə 15-ə qədər məsələ daxil edilib. Onların böyük əksəriyyətini müxtəlif konvensiyalar və müqavilələr təşkil edir.

Belə ki, Azərbaycanla Gürcüstan arasında məxfi məlumatların mübadiləsinə dair sazişin, Türkiyə ilə sərmayələrin qarşılıqlı stimullaşdırılması ilə bağlı sazişin, eləcə də Qazaxıstanla imzalanmış birgə bəyannamənin təsdiq edilməsi, həmçinin sosial xidmət haqqında qanunun üçüncü oxunuşda müzakirə edilməsi, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında, dövlət rüsumu ilə bağlı qanun layihələrinə, mülki məcəlləyə dəyişikliklər və nəhayət dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə milli məclisin müraciətinin təsdiq olunması layihəsi gündəliyə daxil olan məsələlər sırasındadır.

anspress