Bu obyekt 168 min manata satılır

bu-obyekt-168-min-manata-satilir
Oxunma sayı: 1343

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19 dekabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, budəfəki hərracda müxtəlif çeşidli 68 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 24-ü kiçik dövlət müəssisə və obyekti, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 25-si səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Ağdaş Quşçuluq”, “Cəlilabad Məişət”, “İsmayıllı Sənaye İstehsal”, “Material Təchizat“, “Yevlax Kəndnəqliyyat” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. 

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Salyan Broyler” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 168 min manata yaxındır. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Qax Taxıl” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın 30% səhmi isə 150 min manata yaxın təklif olunur.