Bu ölkə marixuananı leqallaşdırmaq üçün referenduma gedir

bu-olke-marixuanani-leqallasdirmaq-ucun-referenduma-gedir
Oxunma sayı: 1438

Yeni Zelandiyada marixuananın əyləncə məqsədi ilə leqallaşdırılması ilə bağlı referendum keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Endryu Littla açıqlama verib. 

Nazirin sözlərinə görə, referendum 2020-ci ilə planlaşdırılır və məcburi olacaq. Bəzi detallar isə hələ işlənib hazırlanmayıb. 

Qeyd edək ki, Yeni Zelandiya parlamenti ötən həftə xroniki və sağalmaz xəstəliklərdən əziyyət çəkən insanlara kannabisdən tibbi məqsədlər üçün istifadə etməyə izn verən qanun qəbul etmişdi. 

Narkotik əsaslı dərmanlar ancaq həkim resepti ilə satılacaq.