Zərdabda icra başçısı ilə qəssabların qarşıdurması gözlənilir

zerdabda-icra-bascisi-ile-qessablarin-qarsidurmasi-gozlenilir-
Oxunma sayı: 1459

İndi də rayon İcra hakimiyyətinin başçısı Lütvəli Babayevin Zərdabda ət alverini inhisara alması ilə bağlı redaksiyamıza məlumatlar daxil olub. Rayonda ət ticarəti ilə məşğul olan şəxslər bizə zəng edərək bildirdilər ki, Lütvəli Babayev bir müddətdir ki, ət satışını qadağan edib. O yalnız bir qəssabda ancaq özünün təsərrüfatında olan heyvanların kəsilib satılmasına icazə verir. Bu da digər qəssabların hiddətinə səbəb olub. Hadisədən rayon sakinləri də narazıdır. Çünki həmin qəssaba zamanında yetişməyən vətəndaşlar ətsiz qalır. Sakinlər və qəssablar Azərbaycan hökümətindən və ictimaiyyətdən rayonda olan vəziyyətin düzəlməsi üçün kömək istəyirlər.