Daha bir nəfər kanalda batdı

daha-bir-nefer-kanalda-batdi
Oxunma sayı: 874

Samur-Abşeron kanalında 27 yaşlı gənc batıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə dünən kanalın Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində baş verib. Kanala düşən şəxsin 1991-ci il təvəllüdlü Bayramov Mirzəcan Bayram oğlu olduğu bildirilib.

Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu bu gün səhər saatlarından etibarən axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.