Daha bir tanınmış idmançımız intihar edib

daha-bir-taninmis-idmancimiz-intihar-edib
Oxunma sayı: 3735


Azərbaycanda son 3 gündə ikinci idmançı intiharı baş verib. “Qafqazinfo”nun Vesti.az-a istinadən məlumatına görə, bu dəfə Xırdalan şəhərində kikboksinq üzrə keçmiş Avrasiya çempionu, idman ustası, 1977-ci il təvəllüdlü Fərhad Məmməd oğlu Aşurov özünü asıb.

Abşeron Rayon Polis Şöbəsindən bildirilib ki, intihar ötən gün “Quşçuluq” yaşayış massivində qeydə alınıb. Fərhad evin giriş qapısı üzərindəki qaz borusundan özünü asıb. Asılmış meyiti qonşuları görüb. Onlar idmançının qardaşına zəng edərək, dəhşətli xəbəri çatdırıblar.

Məlumata görə, Aşurov özü idmançı karyerasını məhv edib. Narkotik maddələrə aludəçiliyini bildikdən sonra onu federasiyadan uzaqlaşdırıblar. Bundan sonra o, həbsxanaya düşüb. Keçmiş idmançının sağlamlığı, o cümlədən, psixikası ilə bağlı problemləri yaranıb. Bu səbəbdən, Aşurov nevroloji dispanserdə uçota durub. Aşurov ayağından əməliyyata da hazırlaşırmış.

Aşurovlar ailəsi əvvəllər Bakının Yasamal rayonunda qalıb. Onlar bir müddət öncə Xırdalana köçüblər. Ailə darısqal şəraitdə qalıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, ötən şənbə günü Sumqayıtda sambo üzrə dünya çempionu, idman ustası Əhəd Rəcəbli də özünü asımışdı.