Əsgərlər özünü niyə güllələyir? - - Açıqlama

esgerler-ozunu-niye-gulleleyir-
Oxunma sayı: 2046


"Qafqazinfo" xəbər verir ki, nazirlikdən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, son vaxtlar bu cür hadisələrin artması yox, əksinə olaraq azalması müşahidə edilir. Məlumatda qeyd olunub ki, Müdafiə Nazirliyi rəhbərliyi və hərbi hissə komandanlığı tərəfindən neqativ halların baş verməməsi üçün hərbi hissə və birləşmələrdə bütün qabaqlayıcı tədbirlər görülür:

“Təhlükəsizlik qaydalarının pozulması halları və baş verən hadisələr haqqında mətbuat xidməti mütəmadi olaraq məlumat verir. Son vaxtlar bu cür hadisələrin artması yox, tam fərqli olaraq azalması müşahidə edilir. Bunu da hərbi hissələrdə şəxsi heyətlə aparılan işlərin nəticəsi kimi dəyərləndirmək olar”.

Nazirlikdən bildiriblər ki, hər bir hadisə ilə bağlı cinayət işi başlanıb: “Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır”,- deyə Nazirlikdən göndərilən məlumatda vurğulanır.

***
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 20 yaşlı Zamin Malik oğlu Məmmədovun tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə onun əsgər yoldaşı, 20 yaşlı Elnur Sahib oğlu Əhmədova dəyib. Bir güllə yarası alan əsgər hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
 
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
 
Qeyd edək ki, hadisəni törədən R. Məmmədov Quba, E. Əhmədov isə Tovuz rayonundan həqiqi hərbi xidmətə çağırılıblar.