“Facebook” 5 milyard dollar cərimələnə bilər

“Facebook” 5 milyard dollar cərimələnə bilər
Oxunma sayı: 334

“Facebook” şirkətini istifadəçi məlumatlarının sızdırılması ilə bağlı 3-5 milyard dollar dəyərində cərimə gözləyir.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bu barədə yekun qərar ABŞ-ın Federal Ticarət Komissiyası tərəfindən aparılan istintaqdan sonra məlum olacaq.

Şirkət mümkün ola biləcək cərimə üçün indidən 3 milyard dollar vəsait ayırıb:

“Bu məsələ hələ həll olunmamış qalır. Buna görə də cərimənin müddəti və şərtləri barəsində heç bir zəmanət yoxdur”, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, bu ilin birinci rübündə “Facebook”un gəliri 15,1 milyard dollar təşkil edib. Bu, keçən ilin birinci rüb göstəricisi ilə müqayisədə 26% çoxdur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi