Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışı oldu - Fotolar

gence-dovlet-filarmoniyasinin-yeni-binasinin-acilisi-oldu
Oxunma sayı: 4130

Azərbaycan prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsib və bina ilə tanış olub.

Prezident İlham Əliyevə məlumat verilib ki, altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja da tamaşaçıların ixtiyarına veriləcək.

Sonra prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlət başçısı görüşdə nitq söyləyib.

Sonda xatirə şəkli çəkdirilib.

İlham Əliyev Gəncəyə səfəri çərçivəsində həmçinin “Majestic Palace” hotelinin tikintisi ilə tanış olub. Dövlət başçısına tikinti işlərinin gedişi ilə bağlı məlumat verilib. Bildirilib ki, 104 yerlik hotelin inşasına 2015-ci ilin aprelində başlanılıb. Hazırda inşaat işlərinin son mərhələsi həyata keçirilir. Yeni hoteldə 50 nəfər işlə təmin ediləcək.

Prezidentə, həmçinin şəhərdə aparılan abadlıq-quruculuq işlərinin layihələri barədə məlumat verilib.