Gəncədə Fikrət Əmirovun 95 illik yubileyi qeyd olunub

Gəncədə Fikrət Əmirovun 95 illik yubileyi qeyd olunub
Oxunma sayı: 1019

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagirdləri bəstəkar Fikrət Əmirovun 95 illik yubileyi ilə əlaqədar Gəncə Musiqi Kollecində tədbir keçiriblər. 

"Qafqazinfo" xəbər verir ki, tədbir proqramında Lalə İbrahimovanın ifasında "Sevil" operasından Sevilin ariyası, Dilbərin mahnısı, "Azərbaycan elləri"  mahnısı, Zərrin Əliyevanın ifasında "Məhəbbət  rəqsi",  Ü.Hacıbəyliyə həsr olunmuş "Xatirə" elegiyası, Mədinə Şahgəldiyevanın ifasında Muğam-poema,  Jalə Quliyevanın ifasında Ekspromt -fantaziya, Pərvaz İbrahimlinin ifasında "Kor ərəbin mahnısı", Leyla Haşımovanın ifasında "1001 gecə" baletindən  "Orgiya", Aylin Babayevanın ifasında "Uşaq  lövhələri" məcmuəsindən "Vals", Fatimə Səlimzadənin ifasında "1001 gecə" baletindən "Fraqmentlər", Nəbi  Quliyevin ifasında "Mən səni araram" mahnısı, Nəbi Quliyev və Elnur Məmmədovun ifasında "Lay-lay" əsəri, Kənan Namazovun ifasında gənc bəstəkar  Ağa Əliyevin bəstəkarın əziz xatirəsinə həsr etdiyi "Xatirə" əsəri və məktəbin ansamblının müşayiəti ilə Sevinc Kərimovanın ifasında "Reyhan" mahnısı  səslənib. Onu da qeyd edək  ki, proqrama daxil olan bütün əsərlərin ifası zamanı solistləri Sevinc Kərimova müşayiət edib.                                               

Tədbir zamanı Fikrət Əmirov haqqında qısametrajlı film nümayiş olunub və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Nərgiz Kərimova bəstəkarın həyat və yaradıcılığı barədə məlumat verib.

Tədbirdə Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, Gəncədə fəaliyyət göstərən musiqi məktəblərinin müdriyyəti iştrak ediblər.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi