Gömrük postu yaxınlığında dayanacaq yandı - Foto+Video

gomruk-postu-yaxinliginda-dayanacaq-yandi
Oxunma sayı: 8795

İyunun 26-da Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postu yaxınlığında  yerləşən  avtomobil dayanacağında yanğın hadisəsi baş verib. 

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı qısa zaman ərzində alınıb. 

Hadisə nəticəsində xəsarət alan olmasa da, dayanacağın ərazisində yerləşən bir neçə avtomobilə maddi ziyan dəyib. Hazırda müvafiq qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır.