Göyçayda qəza: bir ailənin 4 üzvü öldü, 7 yaralı var - Fotolar+Video

goycayda-qeza-bir-ailenin-4-uzvu-oldu-7-yarali-var
Oxunma sayı: 8366

Göyçayda yol qəzası zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.

“Qafqazinfo” "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobillə "VAZ-2106"nın toqquşması nəticəsində ikinci maşının Ənvər adlı sürücüsü və sərnişinlər - Səlimov Ramin Azər oğlu, Səlimova Gülnar Nağı qızı və onların 8 yaşlı övladı Səlimov Azər Ramin oğlu aldıqları xəsarətlərdən ölüblər.

Daha 7 nəfər şəxs, "VAZ"ın digər sərnişinləri - 1963-cü il təvəllüdlü Salmanova Qənimət Yüsif qızı, Salmanov Ülvi Ümid oğlu (2015), Salmanova Həcər Ramin qızı, Salmanova Aygün Ənvər qızı (1993) və "Mercedes" markalı avtomobilin sürücüsü, Abdullayev Akşin, onun sərnişinləri Cahangirov Zahir Qədir oğlu (1989) və Əhmədova Aygün Ənvər qızı (1993) yaralanaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə hər iki avtomobil müxtəlif toy mərasimlərindən qayıdan zaman baş verib. Zərbənin gücündən "VAZ-2106" markalı avtomobil 2 hissəyə bölünüb.

Faktla bağlı araşdırma aparılır.