Hacıbəyli festivalında orqan musiqisi konserti - Fotolar

hacibeyli-festivalinda-orqan-musiqisi-konserti
Oxunma sayı: 863

Ötən gün Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert Kamera və Orqan Musiqisi Zalında keçirilib.

"Qafqazinfo" xəbər verir ki,  Gecənin qonağı tanınmış orqan ifaçısı Rəna İsmayılova olub. 

Əvvəlcə sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Lalə Hüseynova çıxış edərək musiqi axşamı barədə ürək sözlərini bölüşüb.

Konsertdə Rəna İsmayılova Q.Qarayevin “Don Kixot” simfonik qravürlərindən iki fraqment, V.Adıgözəlovun “Muğam-fantaziya”, A.Əlizadnin “Muğam sədaları”, ), S.İbrahimovanın “Poema-ithaf”, N.Əliverdibəyovun “Bayatı-Şiraz”, F.Əlizadənin “Fantaziya” və başqa əsərləri səsləndirib.

İfaçını vokalçı solistlər Fəridə Məmmədova (soprano), Səbinə Əsədova (mezzo-soprano) və Taleh Yahyayev (bariton) müşayiət edirdilər.