Hindistan polisi “roqatka” ilə silahlandı

hindistan-polisi-roqatka-ile-silahlandi
Oxunma sayı: 2156

Tac-Mahal ərazisində xidmət edən Hindistan polisi qeyri-adi silahla – quşatanla silahlandırılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar məhz bu alət vasitəsilə turistləri meymunların hücumundan qoruyacaqlar. Hind qanunları vəhşi heyvanları öldürməyi və yaralamağı qadağan etdiyindən polis quşatanlarla insanları müdafiə edəcək. 

Qeyd edək ki, Aqrada 10 minədək meymun var. Onlardan təxminən 500-700-ə qədəri Tac-Mahal ərazisində yaşayır. Meymunların aqressiv olmasına səbəb isə turistlərin özləridi. Belə ki, onları yemləyən turistlər qida tükəndikdə heyvanların hücumuna məruz qalırlar.