İcra başçısının növbəti səyyar görüşü... - Fotolar

icra-bascisinin-novbeti-seyyar-gorusu
Oxunma sayı: 2139

Oktyabrın 19-da Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 150-dən çox qəsəbə sakinləri iştirak edib. Onlardan 12 nəfəri fərdi qaydada dinlənilib.

Sakinləri narahat edən problemlər dinlənildikdən sonra həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin  həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.