İki illik münasibətə fasilə verdilər - Fotolar

iki-illik-munasibete-fasile-verdiler
Oxunma sayı: 3449

Gah küsən, gah da barışan məşhur cütlük- repçi Zeyn Malik və model Gigi Hadid münasibətlərinə ara veriblər.  “Qafqazinfo” xəbər verir ki, onlar bir müddət ayrı yaşamaq barədə qərara gəliblər. 

23 yaşlı modellə 25 yaşlı repçi noyabr ayından etibarən bir-birini görmürlər.  Amerika mətbuatı yazır ki, onlar münasibətlərini xilas etmək üçün belə addım atıblar. Gigi və Zeynin fasilə müddətində karyeralarına daha çox vaxt ayıracaqları qeyd edilib. Cütlüyə yaxın olan mənbələr isə bildirib ki, tanınmış simalar rəsmi olaraq ayrılmayıblar, bir müddət sonra yenidən bir araya gələcəklər. 

Xatırladaq ki, Hadidlə Malik 2016-cı ildə repçinin “Pillowtalk” adlı klipinin çəkilişində tanış olublar, daha sonra sevgili olmaq qərarına gəliblər.