İlhamə Qasımova yüksəlib

ilhame-qasimova-yukselib-
Oxunma sayı: 759

Müğənni İlhamə Qasımovanın "Bei mir bist du scheen" mahnısına çəkdirdiyi klip dünən Avropada reytinq üzrə 6-cı yerə yüksəlib. «iTunes.apple.com» saytının məlumatına görə, klip bir sıra məşhur Avropa müğənnilərinin kliplərini geridə qoyaraq yuxarı pillələrə doğru yüksəlməkdədir. Siyahı belədir:

1. LMAFO- Sexy & I Know it
2. Lana Del Rey- video game
3. Rihanna-we found love
4. Udo Lindenberg-Cello
5. Jennifer lopes- Papi
6. Ilhama- Bei mir bist du scheen

Saytın məlumatına görə, müğənnimizin albomu da Avropa bazarında ən çox satılan albomların sırasına daxil olub. Dünənə olan məlumata görə, İ. Qasımovanın albomu satış reytinqinə görə 19-cu yerdədir. Artıq azərbaycanlı müğənninin klipi Avropanın 6 ən məşhur kanallarında da yayımlanır. İndi avropa tamaşaçıları MTV, Viva.tv, Pro7, Kanal 6, Sat 1, Rtl kanallarında İlhamə Qasımovanın "Bei mir bist du scheen" çəkilmiş klipini izləmək imkanı qazanıblar.
Xatırladaq ki, İ. Qasımova bu mahnını məşhur avropalı DJ OGB ilə birgə ifa edib. Bu mahnı müğənninin avropa bazarına məşhur "Universal music" şirkəti ilə bağladığı müqaviləyə əsasən çıxarılıb.
Qeyd edək ki, "Bei mir bist du scheen" mahnısının melodiyasını amerilalı yəhudi bəstəkar Şolom Sekunda 1932-ci ildə "I Would if I Could" müzikli üçün Ceykob Ceykobsun sözlərinə bəstələyib. Artıq mahnı Avropada hitə çevrilib.

Nigar