İllərdir “Oskar” ala bilməyən məşhurlar

illerdir-oskar-ala-bilmeyen-meshurlar
Oxunma sayı: 1816

Elə məşhur aktyorlar var ki, onlar filmləri və peşəkarlıqlarıyla dünyada tanınsalar da, dünya kinematoqrafiyasının ən nüfuz mükafatı sayılan Oskar ilə təltif olunmayıblar. 

“Qafqazinfo” sizə bu siyahıya başçılıq edən kişi aktyorları təqdim edir:

Brüs Uillis – 2 dəfə Emmi, 1 dəfə Qızıl Qlobus mükafatlarına layiq görülüb, 60-dan çox filmdə yer alıb. 

Tom Kruz – 19 yaşında “Sonsuz məhəbbət” filmində kiçik rolu ilə debüt edib. Son illər əsasən “Çətin missiya” filmlər seriyası ilə ekranlara gəlir. 

Conni Depp – 2012-ci ildə ən çox qazanan aktyor kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. Lakin hələ də Oskar almayıb.

Samuel L. Cekson – Kventin Tarantionun bir çox filmlərində yer aldığı üçün onun ən sevilmi aktyorlarındandır hesab oluna bilər. 

Harrison Ford – 50-ildən çoxdur ki, kino sahəsindədir. İndiana Cons film seriyasındakı eyniadlı rolu ilə ürəkləri fəth edib. 

Con Travolta – 1995-ci ildə ekranlara çıxmış «Kriminal qiraət» filmində çəkildiyi Vinsent Veqi rolu ilə dünya şöhrəti qazanıb, hətta bu roluna görə Oskara namizəd də olub. 20 ildən çoxdur ki, bu həsrət davam edir. 

Ed Harris – 67 yaşlı aktyor dörd qat Oskar mükafatı namizədi hesab edilir, iki dəfə isə Qızıl Qlobus mükafatı laureatı olub.